Bia.Az

Ermənilərin Şurnux təxribatı - Qubadlının ərazisini geri qaytarmamaq üçün şüvən salıblar + VİDEO

Cəmiyyət
 3-01-2021, 21:41     426

Ermənilər teleqram kanallarında, müxtəlif saytlarında yazırlar ki, Azərbaycan əsgərləri Ermənistanın Sünik rayonunun Şurnux kəndində post qurublar, 12 ev boşaldılmalı, kəndin bir hissəsi yanvarın 5-dək Azərbaycana təhvil verilməlidir.


Əsgərlərimizin həmin kənddə post qurmasını əks etdirən video da paylaşıblar.

Bəli, həmin ərazidə əsgərlərimiz - Sərhəd Xidmətinin hərbi qulluqçuları post qurublar. Lakin ora ermənilərin iddia etdiyi kimi, Ermənistan ərazisi deyil. Əslində, bura - ermənilərin qovulduğu ərazi, Şurnuxun 12 evi də əhatə edən bir hissəsi rəsmən Azərbaycanın Qubadlı rayonunun ərazisidir.

Ermənilər 1993-cü ildə Qubadlının işğalından sonra həmin əraziləri Şurnuxun ərazisinə qatıblar, yaşayış qurublar. İndi delimitasiya zamanı bu cinayətləri də üzə çıxıb. Rəsmi sərhəd bölgüsünə uyğun olaraq, Qubadlının zəbt edilərək, Sünik rayonuna qatılan hissəsi də geri alınır(musavat.com).



скачать dle 12.1