Bia.Az

Müdafiə Nazirliyindən Kamil Zeynallı ilə bağlı açıqlama: “İxtiyarı yoxdur…”

Cəmiyyət
 3-01-2021, 15:26     72

Son günlər Kamil Zeynallı adlı sosial şəbəkə istifadəçisinin ön cəbhədə Azərbaycan əsgərlərinin qarşısında heç də birmənalı qarşılanmayan çıxışları gündəmin əsas müzakirə mövzularından biridir.
Sosial şəbəkələrdə gedən müzakirələrdə izləyicilərin əsas iradı K.Zeynallının şərəfinə Azərbaycan əsgərinin sıra düzülüşünə keçirilməsinə və onun çıxışlarına qulaq asmağa məcbur edilməsinə qarşı idi.
“SAVAŞ” xəbər verir ki, məsələ ilə bağlı “24saat.org”-un sorğusuna verdiyi cavabda Müdafiə Nazirliyi bildirib ki, Kamil Zeynallının Azərbaycan əsgərini sıraya düzməsinin heç bir əsası yoxdur.
Nazirlik həmçinin bildirib ki, adıçəkiləm şəxsin Azərbaycan ordusunda heç bir vəzifəsi yoxdur və o, əsgərləri sıraya düzmək üçün heş kimdən icazə almayıb. MN “Sosial şəbəkə istifadəçisi olan digər şəxslər də istədikləri zaman əsgərimizi sıraya düzə bilərmi?” sualımıza da “xeyr” cavabını verib.
Xatırladaq ki, son günlər K.Zeynallı həm də Azərbaycan əsgərini sıraya düzərək müxalifətçi liderlərdən olan Tofiq Yaqublunun da ünvanına təhqiramiz ifadələr işlədib.
Əlbəttə, belə olan təqdirdə Kamil Zeynallının “Facebook” profilindən götürərək təqdim etdiyimiz videgörüntülərin necə ərsəyə gəldiyi, harda və hansı əsasla çəkildiyi barədə suallar açıq qalır.



скачать dle 12.1