Bia.Az

Bakıda qanunsuz onlayn kazinoda oynayan şəxs cərimələndi

Cəmiyyət
 Dünən, 11:36     113

Bakının Nərimanov rayonunda qumar oynamaqda təqsirli bilinən şəxs müəyyən edilib.

"Bakupost"un xəbərinə görə, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Məmməd Vəliyev (ad-soyad şərti verilib – red.) Azərbaycanda qumar oyunları üzrə məsuliyyət yaradan saytına daxil olub və qanunsuz kazino oyunları oynayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən, Vəliyev 3 min manat cərimə edilib
скачать dle 12.1