Bia.Az

Zeynəb adını tarixə yazdıran ilk azərbaycanlı qız oldu - FOTO

Cəmiyyət
 Dünən, 02:29     202

Sumqayıtlı məktəbli Beynəlxalq Fizika Olimpiadası tarixində ilk gümüş medal qazanan azərbaycanlı qız şagird kimi tarixə düşüb.

"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) Azərbaycan komandası son 20 ilin ən yüksək nəticəsini əldə edib.

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin şagirdi Zeynəb Məhəmmədli gümüş medal qazanaraq Beynəlxalq Fizika Olimpiadası tarixində gümüş medal əldə edən ilk azərbaycanlı qız şagird kimi tarixə düşüb.
скачать dle 12.1