Bia.Az

Bu kəndin məktəbliləri pandemiyada bir dəfə də olsun təhsil üzü görməyiblər... - Kənddə telefon xətti belə yoxdur...

Cəmiyyət
 20-12-2020, 14:58     81

Kürdəmir rayon, Xırdapay kənd sakinləri kənddə internet olmadığından şikayət edir. Pandemiya dövrü ilə əlaqədar məktəblər bağlanıb və dərslər Times proqramı üzrə distant keçirilir. Ancaq kənddə internet olmadığı üçün məktəblilər online sistemə qoşulub, dərslərdə iştirak edə bilmirlər.

DİA.AZ-ın məlumatına görə, sakinlər bildirir ki, kənddə 10 – 15 ailə vardır ki, illədir internet problemi ilə qarşılaşırlar.

Kənddə ümumiyyətlə telefon xətti yoxdur. Kənd sakinləri dəfələrlə bu problemlərlə bağlı rəsmi şəkildə həm Kürdəmir rayon İcra Hakimiyyətinə, həm də Kürdəmir rayon Telekomunikasiyya İdarəsinə şikayət bildiriblər. Ancaq hələ də onlara heç bir köməklik olunmayıb.
скачать dle 12.1