Bia.Az

ERMƏNİSTAN 2996 LEŞİNİ ETİRAF ETDİ - Səhiyyə Nazirliyi açıqladı

Cəmiyyət
 12-12-2020, 01:36     122

Ermənistan Səhiyyə Nazirliyi bu günə qədər Qarabağ müharibəsi zamanı öldürülmüş 2 966 erməni hərbi qulluqçunun meyitinin tibbi məhkəmə ekspertizasını keçirib.

“Report” xəbər verir ki, bu barədə “News.am”a Ermənistanın səhiyyə nazirinin mətbuat katibi Alina Nikoqosyan bildirib.


“Müharibənin başlanğıcından bu günə qədər meyitlərin tanınması üçün qohumlardan 1 816 DNT nümunəsi və meyitlərdən 993 DNT nümunəsi götürülüb. 10 dekabr tarixinə qədər 256 qohum nümunəsi və 541 cəsəd nümunəsi araşdırma mərhələsindədir”, - Nikoqosyan deyib.


Onun sözlərinə görə, bu gün 302 meyitin məhkəmə-genetik tədqiqatları müəyyən edilib. Tədqiqatlar və eyniləşdirmə prosesi davam edir.
Xatırladaq ki, daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsində ölkənin insan itkisinin sayının az olduğunu iddia edib. Qeyd edək ki, müharibədə itkin düşən erməni döyüşçülərin də xeyli sayda olduğunu nəzərə alsaq, düşmənin insan itkisinin qat-qat çox olduğu məlum olur.


Qeyd edək ki, Ermənistanın itkilərinin bundan xeyli çox olduğu şübhə doğurmur. скачать dle 12.1