Bia.Az

Koronavirusa qarşı vaksin sınaqdan çıxdı - 90 faiz effektlidir, gələn ay tətbiq oluna bilər

Cəmiyyət
 23-11-2020, 17:12     351

"AstraZeneca" şirkəti koronavirusa qarşı hazırladığı vaksinin 90 faizədək effektiv olduğunu bildirir. Bu, qlobal pandemiya ilə mübarizədə daha bir ümidverici xəbər sayılır. Xatırladaq ki, dünyada virusa 58 milyondan çox insan yoluxub, 1.4 milyona yaxıb xəstə vəfat edib.

Şirkət vaksini Oksford Universiteti ilə birgə hazırlayır. Tam bir doza vurulandan azı bir ay sonra daha yarım doza vurulunca vaksinin COVID-19-a qarşı 90 faizədək effektli olduğu üzə çıxıb. İlkin sınaq nəticələri noyabrın 23-də açıqlanıb.

Daha bir qrupa isə iki tam doza azı bir aylıq fasilə ilə vurulub və 62 faiz effekt ortaya çıxıb. Beləliklə, orta effekt göstəricisi 70 faiz olub. Britaniya və Braziliyada aparılan son mərhələ sınaqlarında təhlükəsizliklə bağlı ciddi insident qeydə alınmayıb.

Britaniyanın Baş naziri Boris Conson xəbəri fantastik adlandırıb, eyni zamanda təhlükəsizlik yoxlamalarının vacibliyini vurğulayıb.

“Gələn aydan peyvəndləməyə başlaya biləcəyimizə ümid edirik”, 

 Səhiyyə naziri Mət Hənkok deyib. Bir sıra digər farmaseptik şirkətlər də vaksin istehsalının son mərhələsindədirlər.

Bu sırada "Johnson & Johnson" və "Sanofi-GSK" da var.
скачать dle 12.1