Bia.Az

"Yoluxma halları daha çox yas mərasimlərində olur" - TƏBİB

Cəmiyyət
 19-11-2020, 13:29     348

Edilən müraciətlərdən də görürük ki, yoluxma halları daha çox yas mərasimlərində olur.


Bunu Trend-ə TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.


Onun sözlərinə görə, Qələbədən sonra insanlar sevinclərini paylaşmaq üçün toplaşır. Eyni zamada, şəhidlərin dəfn mərasimləri keçirilir:


“Bu hallarda da insanlar arasında ara məsafə itir. Belə məkanlarda maskanın ya qətiyyən, ya da doğru istifadə olunmadığını müşahidə edirik. Təbii ki, belə yerlərdə virusun yayılma riski çox yüksəkdir”.скачать dle 12.1