Bia.Az

Azərbaycanlı rəssam Türkiyədə öldürülən 15 yaşlı uşağın portretini çəkdi

Cəmiyyət
 21-05-2025, 17:05     405

Türkiyədə azərbaycanlı rəssam Xətai Abdullayev İstanbulun Kadıköy rayonunda bıçaqlanaraq həyatını itirən 15 yaşlı Mattia Ahmet Minguzzinin portretini çəkib.

Teleqraf xəbər verir ki, rəssam Mattia Ahmet Minguzzinin portretini Edirnenin Şükrüpaşa məhəlləsində divara həkk edib.

X.Abdullayev “Bu qədər rəngli bir tablonuz olduğunu düşünün, onu qara rəngə boyaya bilərdinizmi? Boyadılar bax belə...",-deyə hisslərini dilə gətirib.

Qeyd edək ki, X.Abdullayev Mersinin Tarsus rayonunda öldürülən universitet tələbəsi Özgecan Aslan və Diyarbəkirdə öldürülən Narin Güranın portretlərini divarlara çəkmişdi.скачать dle 12.1