Bakı əhalisi ilə bağlı kritik proses: onlar şəhərdən çıxarıla bilər – VİDEO

Türkiyəli aktrisa Nurgül Yeşilçayın İstanbuldan köçməsi sosial şəbəkələrdə geniş müzakirə olunur. Bu tendensiya təkcə Türkiyədə deyil, dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda da müşahidə edilir. Məşhur simalar sıxlıqdan, tıxaclardan və insanların aqressiv davranışlarından yorularaq böyük şəhərləri tərk etməyə üstünlük verdiklərini bildirirlər. Məsələn, azərbaycanlı müğənni Abbas Bağırov da bu səbəbdən paytaxt Bakını tərk edərək Gəncəyə köçmüşdü. O, şəhərdəki tıxacların gündəlik həyatına mənfi təsir etdiyini bildirmişdi.
Bu proses gələcək üçün nə vəd edir
Globalinfo.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, sözügedən proses inkişaf etmiş dövlətlərdə azı 20-30 ildir, davam edir.
Ətraflı videoda:
“Bir sıra Avropa ölkələrində, ABŞ-da, Yaponiyada şəhərlər ekoloji, sosial, iqtisadi, sağlamlıq, psixoloji cəhətdən yaşanmaz vəziyyətə çatıb. İmkanı olan şəxslər, xüsusilə də məşhur insanlar, biznesmenlər çalışırlar ki, kiçik şəhərlərə, kəndlərə köçsünlər, orada fəaliyyət göstərsinlər. Meqapolislərin yaranması qeyri-təbii həyat formasının ortaya çıxmasına səbəb olur. Şəhərlər artıq dəhşətli məkana çevrilib. Ona görə də bütün imkanlardan istifadə edərək, qaçmaq lazımdır. Digər tərəfdən, Avropa ölkələrində paytaxt əhalisi çox azdır. Azərbaycanda isə insanların 50 faizi Bakıda məskunlaşıb. Regionlarda yaşamaq üçün imkanlar yoxdur. İş yerləri azdır, sosial-mədəni obyektlər yoxdur və sair. Belə şəraitdə bizdə əks proses – şəhərə axın daha sürətli gedir, nəticədə kəndlər, regionlar boşalır”.