Şamaxıda qəbiristanlıqda amansızlıqla öldürülən qadının DÖRD ÖVLADI VAR İMİŞ

Şamaxıda Vüsal Hidayətovun həyat yoldaşı Sevda Hidayətovanı "Yeddi Günbəz" qəbiristanlığında qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, V.Hidayətov həyat yoldaşını yaşadıqları evdən özü ilə qəbiristanlığa aparıb. O, qəbiristanlıqda qohumlarının (Vüsal Hidayətov öz qohumlarının-red.) məzarları olan əraziyə aparıb və orada kəsici alətlə ona çoxsaylı zərbələr vurub.
Cütlük dörd övlad sahibi imiş.