Bia.Az

İfrat dərəcədə araq içən kişinin ürəyi partladı

Cəmiyyət
 24-04-2025, 01:16     446

Qobustan rayonunda kişi ifrat dərəcədə spirtli içkidən ölüb.

Axar.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nabur kəndində baş verib.

Kənd sakini 38 yaşlı S.Alpaşayev sərxoş vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, kişi həddən artıq spirtli içki qəbul edib. Nəticədə S.Alpaşayevin ürəyi partlayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.скачать dle 12.1