Bia.Az

DİN-dən növbəti xəbərdarlıq: Onlayn alış-veriş edərkən...

Cəmiyyət
 13-04-2025, 01:32     685

Daxili İşlər Nazirliyi vətəndaşlara onlayn alış-veriş edərkən bank kartı məlumatların təhlükəsizliyini qorumaqla bağlı xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, xəbərdarlıqda qeyd olunur:

“Onlayn alış-veriş edərkən bank kartı məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün aşağıdakı qaydalara diqqət yetirməyiniz tövsiyə olunur:

 Bank kartınız ilə onlayn alış-veriş edərkən ictimai vayfay şəbəkələrindən istifadə etməyin; Ünvan hissəsində kilid işarəsi və ya "https:" olmayan veb-saytlara kart və digər fərdi məlumatlarınızı ötürməyin; Kart məlumatlarınızı veb-saytların və brauzerin yaddaşında saxlamayın”.скачать dle 12.1