Bia.Az

Qərbi Azərbaycan İcmasının yerləşdiyi küçəyə İrəvaninin adı verildi - FOTO

Cəmiyyət
 11-04-2025, 00:24     570

Qərbi Azərbaycan İcmasının Bakıda əsas qərargahının yerləşdiyi küçənin adı dəyişdirilib.

Teleqraf-ın xəbərinə görə, küçəyə Mirzə Qədim İrəvaninin adı verilib.
Bura indiyədək Gülnarə Qədirbəyovanın adını daşıyırdı.
Qeyd edək ki, Mirzə Qədim İrəvani (Mirzə Qədim Məmmədhüseyn oğlu İrəvani) 4 dekabr 1825-ci ildə anadan olub.
O, Azərbaycan portretçisi və ornamentalist rəssamıdır. Azərbaycan panel rəssamlığının əsasını qoyub, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklə yadda qalıb.
Mirzə Qədim İrəvani 1875-ci ildə vəfat edib. Bu il rəssamın 200 illik yubileyidir.
Prezident İlham Əliyev fevralın 14-də Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
скачать dle 12.1