Bia.Az

102 yaşlı əfsanəvi diktormuzun səhhəti necədir? - “Tək qalanda narahat olur”

Cəmiyyət
 9-04-2025, 10:27     348

“Züleyxa xanım şükür, yaşına görə pis deyil. Bir az qrip olmuşdu, indi düzəlib. Bilirsiniz ki, bu yaşda xəstələnmək çox risklidir. Bütün günü evdədir, özü-özünü idarə edir, biz də kömək edirik. Həmişə istəyir ki, yanında yaxınları olsun. Arxayın olsun ki, yanında kimsə var. Tək qalanda narahat olur”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan radiosunun ilk diktorlarından biri, əməkdar artist, əfsanəvi diktor Züleyxa Hacıyevanın qızı Gülnarə Hacıyeva deyib.

O daha sonra əlavə edib:

“Bir çoxları bilir ki, Züleyxa xanım idmanla da məşğul olub. Amma onun 102 yaşa çatmasının inanmıram ki, idmanla bir əlaqəsi olsun. Çünki anam travma alandan sonra idmandan uzaqlaşıb. Təxminən 20 yaşlarında. O Azərbaycanın ilk gimnast qadınlarından biridir. Televiziyaya son vaxtlar bir o qədər də maraq göstərmir. Ola bilsin ki, çox pis eşitdiyindəndir. Doğum günlərində çalışdığı AZTV-dən həmkarları yanına gəlir. İndi onlar da yaşlaşıblar, bayramdan-bayrama zəngləşirlər. Yaddaşı yaxşıdır, sual verəndə cavab verir. Amma dərinə getmir daha. İndi artıq danışmağa həvəsi də yoxdur” deyə diktorun qızı bildirib.

Züleyxa Hacıyeva isə Moderator.az-a açıqlamasında bunları bildirmişdi:

“Mənim şəxsiyyət vəsiqəmdə doğum günüm 1923-cü il qeyd olunub. Amma mən 1925-ci ildə doğulmuşam. Gimnast olduğuma görə məni mötəbər bir yarışa aparmaq istəyirdilər, amma yaşım çatmırdı. Məşqçimiz mənə dedi ki, gəl sənin yaşını artıraq, yarışa get. Yaşım artdığına görə həmin yarışda iştirak etdim” deyə o bildirib.


102 yaşlı əfsanəvi diktormuzun səhhəti necədir?


скачать dle 12.1