Bia.Az

Polis Bakının üç rayonunda əməliyyat keçirdi, həbs olunanlar var

Cəmiyyət
 Bu gün, 12:07     101

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu və Yasamal rayonları ərazisində keçirilən əməliyyatlar nəticəsində C.Qafarlı, E.Ələkbərov və H.Abdulgəlimov saxlanılıb.

Onların üzərindən 1 kiloqrama yaxın narkotik vasitə olan metamfetamin, marixuana və heroin aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.скачать dle 12.1