Cəbrayılda həlak olan hərbçimiz dəfn edildi – FOTOLAR

Cəbrayılda sursat partlayışı nəticəsində həlak olan hərbçi Lənkəranda dəfn olunub.
Globalinfo.az xəbər verir ki, şəhid hərbçi Lənkəran rayonunun Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılıb.
***10:27
Cəbrayılda hərbçi minaya düşərək həlak olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Dövlət Sərhəd Xidmətinin kiçik giziri Musazadə Əsgər Nicat oğlu Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
Nicat Musazadə ilə Lənkəran rayonun Göyşaban kəndində vida mərasimi keçirilir.
X X X
Cəbrayılda hərbçinin minaya düşərək həlak olması faktı ilə bağlı araşdırma aparılır.
Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.
***09:32
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
Globalinfo.az bildirir ki, “Report”un Cənub bürosunun əldə etdiyi məlumata görə, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.
Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.