Bia.Az

Goranboydakı toyda kütləvi dava ilə bağlı rəsmi açılqma - YENİLƏNDİ

Cəmiyyət
 6-04-2025, 00:06     410

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qurumundan Goyanboydakı toyda kütləvi dava ilə bağlı rəsmi açıqlama verilib.

Qurumun Baş inspektoru Eşqin Qasımov Teleqraf-ın yerli bürosuna bildirib ki, yerli rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedərək, müvafiq tədbirlər həyata keçiriblər.

O bildirib: "İnsident zamanı xəsarət alan olmayıb, hazırda araşdırmalar davam etdirilir".

***
22.40
Goranboyda toy məclisində dava düşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayon mərkəzində fəaliyyət göstərən "Bahar" şadlıq sarayında baş verib.

İlkin məlumata görə, insident musiqi sifarişi üstündə olub.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

Məlumata görə, davada iştirak edən bir neçə nəfər Goranboy rayon Polis Şöbəsinə aparılıb.скачать dle 12.1