Bia.Az

Kəlbəcərlə bağlı yanlış addım? – “Türkiyə bunu etməz, təsadüfdür!”

Cəmiyyət
 4-04-2025, 18:45     327

32 il əvvəl bu günlərdə Ermənistanın Kəlbəcəri işğal etməsi səbəbindən sərhədlərini bağlayan və siyasi-diplomatik əlaqələri dayandıran Türkiyə bir qədər əvvəl “Marqara” sərhəd-keçid məntəqəsini açmaqla mövzunu fərqli bir şəkildə yenidən diqqət mərkəzinə gətirib. Belə ki, Suriyaya humanitar yardımın daşınması üçün martın 21-dən Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsi 10 günlük açılıb. 

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, “Marqara” sərhəd-keçid məntəqəsi humanitar məqsədlə açılıb, lakin bağlanması ilə bağlı məlumat yoxdur:

“Buna görə də hazırda “Marqara” sərhəd-keçid məntəqəsinin açıq ya da qapalı olduğuna dair nə isə demək çətindir.
1993-cü il martın 27-dən aprelin 3-nə kimi gedən döyüşlər sonunda Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu hadisədən sonra Türkiyə “Marqara” sərhəd-keçid məntəqəsini bağladı. Bu sərhəd məntəqəsi o vaxtdan bağlı idi”.
qabil huseynli esas
Qabil Hüseynli

Politoloq qeyd edib ki, Kəlbəcərin işğalı günü ərəfəsində “Marqara” sərhəd-keçid məntəqəsinin açılması tamamilə təsadüfdür:

“Türkiyə ilə aramızda ciddi bir problem yoxdur. Bu günə qədər Türkiyədən bu tipdə bir addım görməmişik. Qaldı ki hazırda Türkiyənin daxilində kifayət qədər mürəkkəb proseslər gedir.

Onsuz da gec-tez Ermənistan-Türkiyə sərhədi açılacaq, münasibətlər normallaşacaq. Amma əminliklə deyə bilərəm ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmaz! Həm də Ermənistandan çox, Azərbaycan Türkiyəyə lazımdır. Bu, dəyişməz reallıqdır”.скачать dle 12.1