"Sumqayıt şəhər bələdiyyəsinin sədri bir qrup "torpaq alvercisi" ilə əlbir olub torpaqlarımızı satırlar" - ŞİKAYƏT

Sakinləri Sumqayıt şəhər bələdiyyəsinin qanunsuz əməllərindən boğaza yığılsa da çıxış yolu tapa bilmir.
Sumqayıt şəhər sakinləri Sədiyev Şahin Zeynal oğlu, Baxşəliyev Əkbər Əbdüləli oğlu və Xudiyev Elməddin Elman oğlu tərəfindən BİA.az-ın elektron poçtuna müraciət daxil olub. Müraciətdə Sumqayıt Bələdiyyəsinin rəhbər şəxslərinin özbaşınalıqlarından bəhs edilir.
Şikayətcilər yazırlar: "Bir müddət bundan əvvəl Yaşma sakinləri bu əməllərdən bezib etiraz etmək üçün hətta magistral yolunu da bağlamışdılar. Məsələni sakitləşdirib bir müddət gözlədikdən sonra Yaşıl dərə deyilən əraziyə hücum etmişdılər. Hal-hazırda isə 76- cı məhəllə ərazisində bu qanunsuzluqlar davam etməkdədir. Sumqayıt şəhər bələdiyyəsinin sədri Orxan Adıgözəlzadə və bir neçə əməkdaşı ilə əlbir olan bir qrup torpaq alveri ilə məşğul olan adamlar çıxarış və ya sənəd ala bilməyen ərazilərə çöküb torpaq sahiblərinin əlindən torpaqlarıni alıb satırlar. Razılaşmayan sakinləri isə bu tapşırığin yuxarıdan gəldiyini söyləyərək və Sumqayıt şəhərinin yüksək vəzifəli şəxslərinin adıni çəkərək qorxutmağa çalışırlar. Bununla da öz törpaqlarıni bu qanunsuzluğa qurban vermək istəməyən sakinlərə rast gələndə əraziyə özlərini qazi və veteran kimi təqdiim edən bir qrup şəxslər göndərib sakinləri münaqişəyə çəkərək hədə qorxu gəlirlər. Bu üsulla zərər görənlərin içində biz 5 qonşu da varıq.

Vəkilimiz vasitəsi ilə Sumqayıt şəhər inzibati məhkəməsinə müraciət etsək də qarşı tərəf Bələdiyyənin havadarlığıı ilə heç bir icazəsi olmadan tikinti aparmağa davam etdi və aidiyyəti qurumlar da buna göz yumur. Biz vəkilimizlə əlavə bir müqavilə də bağladıqdan və xeyli çalışdıqdan sonra qarşı tərəfə verilən icarə müqaviləsinin bir kopiyasını əldə edə bildik. Müqaviləni o sahədən anlayışı olanlarla araşdırdıqdan sonra məlum oldu ki, qarşı tərəfə təqdim edilən bu icarə müqaviləsi qanunsuzdur. Belə ki, icarə müqaviləsi bağlanarkən torpaq sahələrimiz hərraca çıxarılmayıb və heç bir müsabiqə olmayıb. Daha sonra bizə məlum oldu ki bizim torpaq sahələrimizin yerləşdiyi ərazi heç Bələdiyyənin mülkiyyətində deyil və dövlət əmlakıdır. Bir sözlə bir neçə qurum da bu qanunsuz müqaviləni görsə də susaraq. bizim torpaq sahələrinin zəbt edilərək tikinti aparılmasına kömək etdilər. Bu qanunsuzluq hələ də davam etməsinə və hələ də tikinti aparılmasına baxmayaraq biz hələ də bizə yardım edə bilən qurum axtarışındayıq."
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



BİA.az