Bia.Az

Mansur Yavaş da hədəfə alındı - Yoxlamalar başladı

Cəmiyyət
 24-03-2025, 18:41     522

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya və terror araşdırmalarından sonra eyni prosesin Ankara Böyükşəhər Bələdiyyəsində də davam etdirilməsinə qərar verilib. 


SAVASHMEDİA.az xəbər verir ki, Türkiyənin Hesablama palatası Ankara Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutmuş 33 konsertin araşdırılmasına başlayıb.

 Bununla bağlı yayılan rəsmi açıqlamada deyilir: "2021-2024-cü illər arasında təşkil olunmuş silsilə mədəniyyət və incəsənət tədbirləri bir müddətdir ki, müfəttişlər tərəfindən araşdırılırdı. Müfəttişlər tərəfindən aparılan və 130 konserti əhatə edən xidmət satınalmaları ilə bağlı araşdırma başa çatıb.

İctimaiyyətə zərər vurduğu əsas götürülərək 33 konsertin araşdırılmasına icazə verilməsi barədə qərar qəbul edilib". Ankara Böyükşəhər Bələdiyyəsinin məsələ ilə bağlı cavabı da gecikməyib: “Vurğulamaq istərdik ki, bu fəaliyyətlər Hesablama Palatasının müntəzəm yoxlamalarında və Daxili İşlər Nazirliyi tərəfindən aparılan yoxlamalarda ətraflı araşdırılıb və heç bir neqativ hal aşkar edilməyib.скачать dle 12.1