Bia.Az

Tbilisidə “Novruz Festivalı” keçirilir

Cəmiyyət
 22-03-2025, 12:43     616

Tbilisinin tarixi mərkəzində - Abanotubani (Hamamlar) məhəlləsində Novruz bayramına həsr olunan festival keçirilir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, tədbiri Tbilisi meriyası, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi birgə təşkil edib.

“Novruz Festivalı”na Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və İranın Gürcüstandakı səfirlikləri iştirakçı kimi qatılıblar. Hər ölkə ayrıca guşədə özünəməxsus Novruz ənənələrini, mədəniyyətini və mətbəx nümunələrini nümayiş etdirir.

Tədbirə Gürcüstanın rəsmi şəxsləri və diplomatik korpusun nümayəndələri də qatılacaqlar. Festival çərçivəsində rəqslər və mahnılardan ibarət konsert proqramı da təqdim olunacaq.

Bayram tədbiri saat 18:00-dək davam edəcək.скачать dle 12.1