ÖLKƏMİZ DEMOQRAFİK FƏLAKƏTLƏ ÜZ-ÜZƏ... - NƏ ETMƏLİ?

"Səhər kapitan hərbçimizin elan formasında yaydığı videomüraciətlə rastlaşdım. Dedi ki, bu ildən Bakıda Naxçıvanski adına hərbi məktəbə qəbulda müsabiqə olmayacaq, 9-cu sinfi bitirən şagirdlər ora imtahansız qəbul olunacaqlar..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu açıqlamasında tanınmış yazıçı Səfər Alışarlı qeyd edib.
O daha sonra fikrini belə davam etdirib: "Bu, ölkəmizdə demoqrafik fəlakətin ilk, ciddi və düşündürücü təzahürlərindən biridir. Artıq oğlan uşaqlarının say məhdudluğu hərbçi kadr hazırlığında özünü göstərir. Çox keçməz, biz qızlarmızın da orduda hərbi qulluğa çağırılmasının şahidi olarıq. Ölkəmizdə demoqrafik fəlakətin əsas səbəbləri aşağıdakılardır:
1.İş yerləri yaradılmadığına görə gənclərimizin kütləvi şəkildə xaricə üz tutması.
2.Uşaqpulu verilməməsi.
3.Ölkədə ərzaq qiymətlərinin süni bahalığı, bütün növ kommunal, xidmət, cərimələrin həddən artıq yüksək olması.
4.Ailə əsaslarının milli qanunvericilik yolu ilə dağıdılması.
Sonda onu da nəzərinizə çatdırım ki, bu günlərdə ABŞ-da İlon Maskın 14-cü uşağı dünyaya gəldi..."