Bia.Az

Meyxanaçı Ağamirzə də AYB-yə üzv olmaq istəyir

Cəmiyyət
 5-03-2025, 14:21     324

Meyxanaçı Ağamirzə (Məmmədov) də Azərabaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq niyyətindədir.

Pravda.az-a açıqlama verən meyxanaçı deyib ki, Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq fəxrdir: “AYB-yə üzvlük üçün müraciət etməmişəm. Birliyin adının dəyişdirilməsi məsələsini isə ağsaqqallar daha yaxşı bilərlər, necə məsləhətdirsə, elə olar”.

Xatırlatma: Meyxanaçı Rüfət Nasosnu Pravda.az-a açıqlamasında AYB-nin adının dəyişdirilməsini təklif etmişdi: “Təklif edirəm ki, Azərbaycan Yazıçılar Birliyinin adını Azərbaycanda Yazıçılar və Şairlər Birliyi qoysunlar. Çünki AYB-yə yazıçılarla yanaşı şairlər də, qəzəlxanlar da üzvdür”.
скачать dle 12.1