Apteklərdə spirt satışı qadağan edilib? – VİDEO

Fevralın 22-si və 23-ü tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin spirt qəbul edərək zəhərlənməsi ilə bağlı rəsmi xəbərlər yayılıb. Bu hadisədən sonra isə bəzi etil spirtlərin satışının ləğvi barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Globalinfo.az xəbər verir ki, sözügedən ərazidəki apteklərdə həmin spirtlərin satışı ləğv edilib.
Texniki spirtlərin istehlakının fəsadlarına gəldikdə isə həkim Abbas Bağırov deyir ki, bu məhlulların 20 millilitr miqdarda qəbulu görmə sinirinin iflicinə səbəb olur, korluq yaradır:
“Daha artıq qəbulu isə tənəffüs çatışmazlığı, qıcolma vəziyyəti yaradır. Eyni zamanda, beyin qan dövranı pozulur və nəticədə ölüm halları baş verir”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, qurum tərəfindən texniki spirtin ləğvi barədə qərar verilməyib.
“Qafqazinfo”ın məlumatına görə, bu hadisədən sonra apteklərdə və ticarət müəssisələrində reydlər keçiriləcək.
Qeyd olunan texniki spirt və vasitələrin tüfeyli şəxslərə satışının dayandırılması, tüfeyli həyat tərzi keçirən və ölmüş şəxslərlə birgə içki qəbul etmiş şəxslərin müəyyənləşdirilərək nəzarətə götürülməsi barədə rayon polis idarəsinə tapşırıqlar verilib.
Ətraflı BakuTV-nin süjetində: