Sabah bu universitetlərdə dərslər onlayn olacaq - Yenilənir

Qarlı hava şəraiti ilə bağlı sabah UNEC və AzTU-da bütün dərslər onlayn formatda keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə universitetlər məlumat paylaşıb.
***
Qeyd edək ki, artıq Sumqayıt Dövlət Universiteti (SDU) da sabah dərslərin onlayn formatda keçiriləcəyini açıqlayıb.
***
Azərbaycan Universiteti, Xəzər Universiteti, Bakı Biznes Universiteti və Bakı Avrasiya Universiteti, Bakı Slavyan Universiteti və ADPU da sabah dərslərin onlayn olacağını açıqladı.
***
Sabah Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də dərslər onlayn olacaq.
***
Sabah Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan İlahiyyat Universitetində də dərslər onlayn keçiriləcək.
***
Bakı Dövlət Universiteti və ADMİU-da da sabah dərslər onlayn qaydada keçiriləcək.