Bia.Az

“Ana dilində danışa bilməyənlər vəzifəyə gətirildi”: Tarixi çıxış – VİDEO

Cəmiyyət
 19-02-2025, 10:07     354

Son günlər ana dilində danışmaq, təhsil almaq yenidən gündəmə gəlib. Tanınmış simalar bu barədə təkliflər verir, çıxışlar edirlər.

Globalinfo.az bildirir ki, mövzu kinorejissor Ayaz Salayevin Baku TV-də çıxışından sonra yenidən aktuallaşıb. A.Salayev müzakirə zamanı deyib ki, hazırda Azərbaycana təhlükə yaradan türk dilidir (Türkiyə türkcəsini nəzərdə tutur-red.), rus dili deyil. O, bir qədər də irəli gedib, rus dilində təhsil alanların daha savadlı, dünyagörüşlü, vətənpərvər olduğunu deyib. Rejissorun bu fikrinə şair, sabiq deputat Sabir Rüstəmxanlı etiraz edib. Deyib ki, belə danışmaq rusca təhsil almağın fəsadlarıdır.

A.Salayevin bu fikri ciddi narazılıq yaradıb. Ona sosial şəbəkələrdə, mediada etiraz bildirilir. Paralel olaraq Xalq şairi Bəxtiyar Vahabzadənin ötən əsrin 90-cı illərinin əvvəlində ana dili ilə bağlı efirdə etdiyi çıxış paylaşılır.

Şair həmin çıxışda ana dilində danışa bilməyənləri sərt dillə tənqid edib.

Həmin tarixi videonu təqdim edirik:
скачать dle 12.1