Bia.Az

İlyas İsmayılov dəfn olundu - Foto

Cəmiyyət
 18-02-2025, 14:34     444

Bakıda Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılovla vida mərasimi keçirilir.

Axar.az xəbər verir ki, Heydər məscidində keçirilən mərasimdə ictimai-siyasi xadimlər, mərhumun partiyadaşları, ailə üzvləri və yaxınları iştirak edirlər.

Vidadan sonra İlyas İsmayılov Bakının Nardaran qəsəbəsindəki qəbiristanlıqda - mərhum oğlu Etimad İsmayılovun məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

Siyasətçi fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

***
İlyas İsmayılovla vida mərasimi başa çatıb.

Heydər məscidində keçirilən mərasimdə ictimai-siyasi xadimlər, mərhumun partiyadaşları, ailə üzvləri və yaxınları iştirak ediblər.
***
Ədalət Partiyasının sədri İlyas İsmayılov dəfn olunub.

Heydər məscidində keçirilən vida mərasimindən sonra mərhumun nəşi Nardaran qəbiristanlığında dəfn olunub.
Dəfndə mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.скачать dle 12.1