Bia.Az

Bələdiyyə seçkilərində seçici fəallığı açıqlandı

Cəmiyyət
 30-01-2025, 01:06     675

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçki məntəqələrində seçici fəallığı 31.45 faiz olub.

O, bildirib ki, səsvermə hüququna malik 5 milyon 961 min 625 nəfərdən 1 874 810 seçici səs verib.

Yekun nəticələrin bir neçə saata elan olunacağı gözlənilir.

Qeyd edək ki, 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 8 071 bələdiyyə üzvü seçiləcək.

Həmçinin seçkilərdə ümumilikdə 16 min 96 namizəd mübarizə aparıb və onlardan 8 504 nəfəri 24 siyasi partiyanı təmsil edibскачать dle 12.1