Bia.Az

Tənqid də lazımdır, ancaq... - Yalan ayaq tutub yeriməsin!

Cəmiyyət
 25-01-2025, 01:32     680

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma-filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırıamaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli acıqlamalarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə acıqlamaların qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada "alim" olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı, əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq, qərəzsizlikdən söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon valı kimi eyni mövzunu təkrarlayan "jurnalistlər" isə hələ də yeni hec nə araşdırıb ortaya qoya bilmirlər. Halbuki, həmin çeynənmiş acıqlamalarda göstərilən şər və böhtan xarakterli məlumatlar Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun haqqında iftira və böhtanlar kimi məhkəmə predmeti ola bilər və nəticəsi hec də həmin "jurnalistlər" ücün yaxşı olmaz.

Bəli, təəssüf ki, bələdiyyə seckiləri öncəsi "reket jurnalistika" nümayəndələri saytları alabəzək "yazılarla" "bəzəməkdədir". Bəzi xəbər portalları mətbuat azadlıgından sui-istifadə edərək vəzifəli şəxslərə qarşı qarayaxma kompaniyası həyata keçirir. Belə ki, hələlik adını cəkmək istəmədiyim saytların birində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla bağlı son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu açıq-aydın gorünən, heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazılar dərhal diqqətimi çəkdiyi üçün bu tip yazılarla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi yazmağa ehtiyac duydum. 

Yazılarda adı hallanan şəxsin keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətləri ilə bağlı araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istəyirəm. Çunki ortaya belə bir sual çıxır: Doğrudanmı cəmiyyətdə, çalışdığı kollektivdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?

Bəri başdan deyim ki, mən eşitdiklərimə deyil, gördüklərimə inananam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə internetdə haqqında son illər yazılmış tənqidi yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki, yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da, bir məna var, kimlərsə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun uğurlarını görmək istəmir, kimlərsə rayon səviyyəsində onun haqqında mənfi rəy formalaşdırmağa çalışır. 

Bəli, şantaj yazmaqla bəslənən "jurnalistlər" öz bədnam əməllərini həyata keçirə bilmək üçün Allahverdi Xudaverdiyevi ictimaiyyət və rəhbərliyin gözündən salmaq məqsədi ilə şər-böhtan xarakterli yazılardan istifadə edirlər.

Qeyd edim ki, bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Yerlərdə bələdiyyə seckiləri öncəsi savadlı, təcrübəli gənc kadrların irəli cəkilməsi məhz uğurlu dövlət siyasətinin bariz nümunəsidir. Bunu bələdiyyə seckiləri öncəsi daha acıq görürük. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov həmkarları arasında sözün əsl mənasında fərqlənməyi bacarıb, irəliyə cıxmaga nail olub. Hər zaman işini ölkə başcısının verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq qurub, problemlərin həllinə böyük qayğı ilə yanaşıb.

Bu az müddətdə Taleh müəllimin rəhbərlik etdiyi müəssisənin ugurları ilə bağlı onlarla yazılar dərc olunmuşdur. Cənab  başcı yorulmadan çalışır, zəhmət çəkir. Lənkəranda hər kəsə bəllidir ki, o, qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallıgı hər şeydən üstün tutmaga calışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.

Bu şəxsin ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Hətta müşahidələrimə əsasən onu deyə bilərəm ki, Taleh Qaraşov nəinki rəsmi qəbul günlərində, digər vaxtlarda da ona mürəciət edən hər bir vətəndaşı dinləmədən yola salmır. Bir sözlə, dövlət başçısının “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir” fikrini fəaliyyətində başlıca meyar kimi müəyyənləşdirib.
 
Təəssüf ki, onun haqqında tənqidi açıqlamalar dərc edən bəzi mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlar atardılar. Maraqlıdır ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən sayt rəhbərinin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta jurnalist səriştəsinin olmadıqlarını ortaya qoymuş olur.

P.S

... "BİA.az" olaraq bəzilərinin diqqətinə çatdırırıq ki, cox hörmətli Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun bizim müdafiəmizə ehtiyacı yoxdur.

Möhtərəm həmkarlarım, sadəcə elə yazın ki, sonradan yazdıqlarınıza görə peşiman olmayasınız!


BİA.az
скачать dle 12.1