Bia.Az

ABŞ səfirliyinə daxil olmaq istəyən azərbaycanlı həbs edildi

Cəmiyyət
 24-01-2025, 00:25     624

44 yaşlı Bakı sakini K.N. ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Mark Libbi ilə görüşmək məqsədilə ABŞ səfirliyinin ərazisinə daxil olmağa cəhd edib.

Globalinfo.az haqqin.az-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı ABŞ səfirliyinin həyətinə daxil olub. Gələn polis dəstəsi azərbaycanlının diplomatik nümayəndəliyin ərazisini tərk etməsini tələb edib. Bununla belə, K.N. hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və saxlanılıb.скачать dle 12.1