Bia.Az

Bakıda ağır qəza: Qadın öldü

Cəmiyyət
 21-01-2025, 09:33     466

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Axar.az xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.

Ənvər Əliyev idarə etdiyi "Şevrolet" markalı avtomobillə yolu keçən İlhamə Ağayevanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.скачать dle 12.1