Bia.Az

Mövsüm Hüseynov vəfat etdi

Cəmiyyət
 20-01-2025, 13:20     422

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib.

Bu barədə Kult.az-a Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub. Aktyor Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Bakı Bələdiyyə Teatrında çalışıb.

O, 16 oktyabr 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.скачать dle 12.1