Bia.Az

Sənubər Nəzərovaya yeni vəzifə verildi

Cəmiyyət
 16-01-2025, 11:08     817

Sənubər Nəzərova “Veysəloğlu” Şirkətlər Qrupunda Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri vəzifəsinə təyin edilib.

Axar.az xəbər verir ki, bununla bağlı qurumun mətbuat katibi Məhəmmədəli Qəribli məlumat yayıb.

O bildirib ki, S.Nəzərovanın əsas fəaliyyət istiqaməti şirkətin PR strategiyasını idarə etmək və korporativ tədbirlərin təşkilindən ibarət olacaq.

Qeyd edək ki, Sənubər Nəzərova bu təyinatdan əvvəl Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi kimi fəaliyyət göstərib.скачать dle 12.1