Səhiyyə Nazirliyi və TƏBİB öz saydığını sayır...

Əbülfəz Qarayev adına Respublika Uşaq Xəstəxanası ölkəmizin məşhur saglamlıq ocaqlarından sayılırdı. Bu səhiyyə müəssisəsi "Semaşko" dediyimiz Kliniki Tibbi Mərkəzin tərkibində idi. Təbib-in islahatına uyğun olaraq bu xəstəxana Semaşkodan alınıb, bazasında Respublika Pediatriya Mərkəzi yaradıldı. Belə ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib. Vüqar Qurbanov 18 aprel 2024-cü il tarixində yeni təyin olunmuş Azər Əhmədovu kollektivə təqdim də edib.
Deyirlər ki, bu yeniliyə sevindik. Fikirləşdik ki, yəqin yenilik keyfiyyətə müsbət təsir edər. Amma sən saydıgənə say...
Yenilik yalnız adda baş verib. Yeni rəhbər də deyəsən vəzifəyə öz hazır "qanunu" ilə gəlib. Belə ki, Dövlətin qanunları qalıb bir tərəfdə, bu adam da öz bildiyini edir. Əslində yeni bir şey etmir. Başqa xəstəxanalardakı vəziyyəti burada da yaradılır. Yəni, xəstə qəbulu bölgüsündə tərfkeşlik, qəbzlərin necə tənzimlənməsi və s. Rəhbər öz ətrəfina uzman deyilən şəxsləri yığıb. Bu uzmanlardan da "seçilmişlər" işləyə bilirlər. Xəstəxana rəhbərinin qaydalarına kim uyğun gəlirsə, o da işləyə bilir. Hərəsi də 5-6 min manat maaşla. Amma köhnə dedikləri, sovet təhsili görmüş mütəxəssislər kənarda qalıblar. Lazımsız adamlar kimi. Aldıqları da uzmanlarla müqayisədə qəpik-quruş. Belə ədalətsizliklə yeni səhiyyə sistemi yaratmaq olar, hə?
Bir məsələ də var. Həm xəstələri, xəstə sahiblərini, həm də elə bəzi tibb işçilərini bu çox narahat edir. Yeni rəhbərlik gələndən mərkəzə çox sayda infeksion xəstələrin qəbuluna başlanılıb. Bu da ilk növbədə valideynləri çox narahat edir. Deyirlər, bu tip xəstələr üçün ayrı yerlər olmlıdır. Bunlar isə infeksion xəstələri digərlərinin yanına yerləşdirirlər. Bu da təhlükəli haldır. Bunlar üçün xəstəliklə mübarizə yox, pulların necə mənimsənilməsi əsasdır. Səhiyyə Nazirliyi, TƏBİB, zəhmət olmasa, nəzərlərinizi deyilən ünvana yönəldin.
Mövzunu diqqət mərkəzində saxlayacağıq...