Bia.Az

Bakıda güclü yağış: iki nəfər suda batıb?

Cəmiyyət
 22-10-2024, 11:25     356

Bölgələrə və paytaxt Bakıya yağan aramsız yağış ziyansız ötüşməyib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

"Sabunçu keçidi" adlanan ərazidə "Ford" markalı minik avtomobili və 2 nəfərin batdığı iddia olunur.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərilib.

***

Paytaxtda aramsız yağışların yaratdığı fəsadlarla bağlı "Sabunçu keçidi" adlanan əraziyə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.скачать dle 12.1