Bia.Az

Elm və Təhsil Nazirliyi 5-10 müəllimin əmək haqqınamı möhtacdır? - ACIQLAMA

Cəmiyyət
 22-10-2024, 11:21     572

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə çalışan bir qrup müəllimə redaksiyamıza şikayət ediblər.Onların şikayətində deyilir ki, Ağsu Rayon Təhsil Sektoru və ya məktəb rəhbərliyinin məsuliyyətsizliyi ucbatından müəllimlərlə əmək müqaviləsi 26 sentyabr tarixində bağlanıb.Müəllimlər işə 15 sentyabr tarixindən gedib gəlsələr də onlara bildirilir ki,əmək haqqları məhz müqavilə imzalandığı tarixdən hesablanacaq.Niyə?Səbəb nədir?Müəllimlərin haqqı olan vəsait niyə onlara verilmir? Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yəni 5-10 müəllimin əmək haqqınamı möhtacdır?Azərbaycan elə qüdrətli dövlətdir ki,onun müəlliminə,vətəndaşına yetəcək kifayət qədər vəsaiti var. Lakin yerlərdə vətəndaşlar bir qrup məmurlar tərəfindən incidilir, dövlətdən küsgün salınır.

Bu məsələ barədə Dağlıq Şirvan Regional Təhsili İdarəsi ilə əlaqə saxlayıb mövqelərini öyrəndik və onu olduğu kimi təqdim edirik.

DAĞLIQ ŞİRVAN REGİONAL TƏHSİL İDARƏSİNİN AÇIQLAMASI

Ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, 2024-cü ildə MİQ imtahanında uğur qazanan 2 nəfər Ağsu rayonunun Çiyni kənd tam orta məktəbinə, 4 nəfər isə  Ağsu rayon Gursulu kənd ümumi orta məktəbinə müəllim təyin ediliblər.

Çiyni kənd tam orta məktəbinə təyin edilən 2 nəfər müəllim, eləcə də  Gursulu kənd tam orta məktəbinə təyin edilən müəllimlərdən 1 nəfəri ilə elektron əmək müqaviləsi məktəb direktoru tərəfindən 26 sentyabr tarixində bağlanılıb. Müəllimlər əmək müqavilələlərini imzalayaraq təsdiq ediblər və əməkhaqları da müqaviləyə uyğun olaraq təmin edilir.

Müəllimlərlə müqavilənin hansı səbəbdən tədrisə başladıqları 16 sentyabrdan deyil 10 gün sonra bağlanılması ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.

Hazırladı:
Valid Musayev

BİA.az

скачать dle 12.1