Bia.Az

Separatçıların “inaqurasiya“ keçirdiyi bina darmadağın edildi

Cəmiyyət
 5-10-2020, 12:13     483

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma qurumun rəhbəri Araik Aratunyanın Şuşada vaxtilə "inaqurasiya" keçirdiyi bina darmadağın edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Sənan Nəcəfov sosial şəbəkədə status yazıb. O, sözügedən binanın hazırkı vəziyyətini əks etdirən fotonu da paylaşaraq bunları qeyd edib:

 "Azərbaycan nəinki erməni quldur dəstələrini qovur, məsafədən zərbə ilə özbaşınalıq etdikləri binanı vurur və mesaj verir ki, bu dövlətin ərazisində qanunu pozduğuna görə səni parçalayaram".

скачать dle 12.1