Bia.Az

Ramiz Mehdiyevlə bağlı “Cənnət bağı” və “Sədərək”dən açıqlama

Cəmiyyət
 5-10-2020, 12:01     110

“Altıağac qəsəbəsində yerləşən “Cənnət Bağı” İstirahət Mərkəzi  Altıağac Milli Parkın ərazisində yerləşmir”. 

Bu sözlər “Cənnət Bağı” Şirkətlər Qrupunun direktoru Anar Rüstəmov və “Sədərək” Firmasının İcraçı direktoru Vaqif Hüseynovun izması ilə Yenisabah.az-a daxil olan məktubdandır.

Məktub sentyabrın 25-də saytımızda tirajlanan “Sədərək Yusif” həbs edilə bilər; Üç maddə ilə cinayət işi açıldı” başlıqlı yazıya etiraz olaraq göndərilib. Müəlliflər yazır:

“İstirahət mərkəzi, tikililər olan ərazilər özəl mülkiyyətdə yerləşir və həmin ərazi şəxsi mülkiyyətdir. Cinayət işi isə Milli Parkın ərazisində yerləşən ağac və kolların kəsilməsi şübhəsi ilə başlanıb. Həmin ərazinin “Cənnət Bağı” Şirkətlər Qrupuna heç bir aiddiyyatı yoxdur.

Eyni zamanda bildiririk ki, “Sədərək” firması 1994-cü ildə təsis olunub və fəaliyyət göstərdiyi müddət ərzində dövlətçiliyimizə sadiq olub və vaxtlı vaxtında dövlət vergilərini ödəyib.

Sədərk firmasının təsisçiləri arasında AMEA-nın hazırki rəhbərinin adı nə indi, nə də əvvəllər olub. Sədərk firmasının təsisçiləri barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ala bilərsiz.

Ayrıca qeyd edirik ki, kiminsə səhhətinin müalicəsi ilə bağlı hansı müalicə növünü seçməsi və müalicə alması həmin şəxsin müstəsna hüququdur. Eyni zamanda qeyd etmək istəyirik ki, AMEA-nın rəhbəri Ramiz Mehdiyev “Cənnət Bağı” İstirahət Mərkəzində heç bir müalicə almayıb”.
 



скачать dle 12.1