Bia.Az

Nizami Rayon İcra Hakimiyyətinə xatırlatma: Bu yol məktəblilər üçün təhlükəlidir - FOTO

Cəmiyyət
 18-04-2024, 11:57     194

Nizami rayonunda 150 metrlik yolda səki problemi var. Sakinlər hesab edirlər ki, səhər və günorta saatlarında özləri və məktəbli övladları təhlükə altında olur.Çünki, hər an övladlarını maşın vura bilər.

Faktinfo.az saytı xəbər verir ki, söhbət Əlağa Kürçaylı küçəsindəki bərbad vəziyyətdən gedir. Yolun kənarı boyunca maşın təmiri sexlərinin ətrafı çirkləndirməsi, ikitərəfli şütüyən avtomobillər üçün səkinin sərhəddinin olmaması sürücüləri çıxılmaz vəziyyətdə qoyur. Avtomobil təmiri sexlərinə gətirilən maşınların necə gəldi saxlanılması vəziyyəti bir az da gərginləşdirir. Ona görə də valideynlər uşaqlarını məktəbə müstəqil göndərməkdə çətinlik çəkirlər. 20-dən çox yaşayış binası sakinlərinin istifadə etmək məcburiyyətində qaldığı Əlağa Kürçaylı küçəsindən "Nizami Tibb Mərkəzi PHŞ Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına xəstələrin, 238, 145, 229 saylı orta məktəblərinə, 103, 59 saylı bağçalara məktəblilərin, körpələrin, onların valideynlərinin istifadə etmək məcburiyyəti var.

O da vurğulanır ki, yolda iktərəfli səki olarsa yoldan istifadə təhlükəsiz olar, sürücülər də avtomobillərini yəqin ki, səkiyə aid hissə ilə sürməzlər, 150 metrlik yoldan məktəblilərin istifadəsi valideynləri üçün də təhlükəsiz görünər. Ətrafdakı yolların təmirli, Əlağa Kürçaylı küçəsinin isə illərdir bərbad vəziyyətinin aradan qaldırılması mümkünsüz görünürsə, sakinlər bir təklif də veriblər.

Belə ki, üzəri asfaltlanmasa belə, sözügedən küçədə 1,2 metr eni, 40 sm hündürlüyü olan səki onlar üçün yetərlidir. Sadəcə yolda səkinin sərhəddi aidiyyatı orqan tərəfindən müəyyənləşdirilsin.

Onu da xatırladaq ki, Əlağa Kürçaylı küçəsində səki problemi ilə bağlı əvvəllər də saytlar yazıb. Saytlarda yayımlanan xəbərin şərh bölümündə Nizami Rayonu İcra Hakimiyyətinin qeydini də görmək mümkündür.

Qeyiddə bildirilir ki, "məhəllədaxili ərazilərin, yolların asfaltlanması və səkilərin salınması əvvəlcədən nəzərdə tutulmuş qrafik əsasında mərhələli şəkildə həyata keçirilir. Sözügedən ünvanda da asfaltlanma işləri və səkilərin salınması yaxın gələcəkdə həyata keçiriləcəkdir."

Lakin bunun üzərindən 1 ildən də artıq müddət keçməsinə baxmayaraq problem həllini tapmayıb.

Onu da qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin sərəncamına əsasən, Nizami rayonunda yerləşən yolların yenidən qurulması üçün vaxtaşırı dövlət vəsaiti ayrılır.




скачать dle 12.1