Bia.Az

Əfv siyahısında tanınmış dustaqların adları olacaq: Ömürlüklər, siyasilər, dindarlar…

Cəmiyyət
 18-04-2024, 11:46     114

Bu il may ayında Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanacağı gözlənilir. Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev açıqlamalarının birində deyib ki, əfv sərəncamı 28 May Müstəqillik Gününədək və ya ondan sonra verilə bilər.

Bu dəfə tanınmış məhbuslardan kimlərin adı əfvə düşəcək?

Globalinfo.az-a danışan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu may ayında əfv sərəncamının gözlənildiyini bildirib.

O, bununla bağlı aidiyyəti quruma siyahı göndərdiklərini deyib:


Novella Cəfəroğlu

“Həmin siyahıda həbsdə olan bütün blogerlərin, jurnalistlərin, siyasi motivlərlə və Nardaran hadisələrində həbs olunan hər kəsin adı var. Bundan başqa, ömürlük cəza alan şəxslərin də adı qeyd olunub ki, onlardan biri də Elçin Əmiraslanovdur. Artıq Elçingil 30 ilə yaxındır məhbus həyatı yaşayırlar. Hətta xahiş etmişik ki, onların müharibədə iştirakını nəzərə alsınlar”.

N.Cəfəroğlunun sözlərinə görə, siyahı böyükdür:

“Siyahıda yalnız tanınmış şəxslərin deyil, sadə vətəndaşların da adları var. Arzu edirəm ki, Ali Baş Komandan humanist addım ataraq həmin şəxsləri də azad etsin. Gözəl addımlar eyni zamanda millətimizin, xalqımızın birləşməsinə gətirib çıxarır. Ona görə də bu il daha çox adamın azadlığa çıxmasını istərdim”.скачать dle 12.1