Bia.Az

Azərbaycanlı jurnalist PKK tərəfdarlarının hücumuna məruz qalıb - TƏFƏRRÜAT

Cəmiyyət
 16-04-2024, 11:01     125

Avropada yaşayan azərbaycanlı jurnalist Xəyal Əzizbəyli bir qrup PKK tərəfdarlarını hücumuna məruz qalıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə Strasburqda Avropa Şurası Parlament Assambleyasının binası qarşısında baş verib.
Hazırda Türkiyədə həbsdə olan Abdullah Öcalana azadlıq tələbi ilə aksiya keçirən şəxslərlə Xəyal Əzizbəyli arasında qısa dialoq sonradan jurnalistə hücumla nəticələnib.


Jurnalistin aksiya barədə onlara verdiyi sualdan qəzəblənən PKK tərəfdarları Xəyal Əzizbəyliyə çoxsaylı bədən xəsarəti yetiriblər.
Jurnalist polis əməkdaşları tərəfindən ekspertizadan keçirilməsi üçün xəstəxanaya aparılıb.
скачать dle 12.1