Bia.Az

Nazirə pensiyakəsən, nazirliyə uşaqpulu verməyən qurum kimi baxılır – SƏBƏBLƏR

Cəmiyyət
 6-04-2024, 01:27     356

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ən çox tənqidə, təftişə məruz qalan dövlət qurumlarındandır. Bu nazirlikdə vaxtaşırı struktur və kadr dəyişikliyi edilir. Amma bu işlərin cəmiyyətə daha keyfiyyətli, təsirli çatdırılmasında sanki problem var.

Ekspertlər deyirlər ki, vətəndaşlara ƏƏSMN-in apardığı siyasətin mahiyyəti tam olaraq çatdırılmır.
İctimai rəydə nazir Sahil Babayev pensiyakəsən məmur, ƏƏSMN uşaqpulu verməyən, əlilliyi əsassız şəkildə ləğv edən qurum kimi qəbul edilir. Bu isə təhlükəli tendensiyadır.
Dövlətin sosial siyasətinin təndiqə bu qədər dayanıqsız olmasının səbəbi nədir? Yanlış təqdimat, yoxsa başqa səbəb var? Qeyd edək ki, bu tənqidlər heç də həmişə ədalətli və peşəkar olmur.
Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli problemin əslində, təqdimatla bağlı olduğunu bildirib.
O deyib ki, məhz təbliğat məsələsinə görə insanlar adıçəkilən quruma inanmır:
“Təbliğat zəif olduğu üçün cəmiyyətdə inam çox azdır. Rəsmi qurumların rəqəmləri səsləndiriləndə bəlkə də, doğru rəqəm olsa belə, insanlarda şübhələr və suallar yaranır. Həm rəsmi rəqəmlərlə, həm uşaqpulu, həm ümumi sosial müdafiə ilə bağlı inamsızlıq var, həm də nazirlik bunu doğru təqdim edə bilmir. Maraqlı roliklər çəkilməlidir, sosial şəbəkələrdən yaxşı istifadə olunmalıdır. Görülən işlərin təqdimatı sovet ənənələri kimi yox, daha kreativ, əsasən də informasiyanı internet üzərindən izləyənlər üçün əlçatan və başa düşülən tərzdə olmalıdır. Yeni informasiya texnologiyaları kommunikasiyalarından istifadə etməyi öyrənməlidirlər. Əslində bu problem bütün dövlət qurumlarında mövcuddur, sadəcə, ƏƏSMN-də daha aydın şəkildə görünür”.
İqtisadçının fikrincə, ortaya çıxan suallar əsaslıdır:
“O sualların cavabından qaçmaq lazım deyil. Məsələn, təqaüdün az olması, pensiya yaşı, Sosial Sigorta Fonduna yığılan vəsaitin taleyi ilə bağlı insanları maraqlandıran suallar var. Bu suallara da nazirlik açıq-aydın cavab verməyi öyrənməlidir”.
Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.скачать dle 12.1