Bia.Az

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür

Cəmiyyət
 4-04-2024, 11:01     259

"Xəzər dənizinin təbii sərvətlərindən səmərəli istifadə Xəzəryanı ölkələr üçün mühüm vəzifədir".

Musavat.com-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva bu gün keçirilən
“Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları” mövzusunda keçirilən beştərəfli görüşündə deyib.

O bildirib ki, Azərbaycan Xəzər dənizinin çirklənməsini minimuma endirmək üçün tədbirlər görür:

"Xəzər dənizi ilə bağlı problem beş ölkəni birləşdirir. Bu ölkələr çirklənmənin qarşısını almaq və Xəzərin ehtiyatlarından zərərsiz istifadə etmək üçün ümumi məsuliyyət daşıyır”.

Nazir müavini Xəzər dənizi ilə bağlı təşəbbüslər COP29-un gündəliyinə daxil ediləcək. U.Tağıyeva Xəzər dənizində birgə monitorinqlərin keçirilməsini də təklif edib.скачать dle 12.1