Bia.Az

Həkimdən xəstələnməyə qarşı möcüzəvi qarışım – Evdə hazırlayıb için

Cəmiyyət
 4-04-2024, 01:00     325

Fəsil dəyişikliyi ilə əlaqədar olaraq son günlərdə insanlar arasında xəstələnmə halları müşahidə olunur. 

Globalinfo.az-a danışan həkim Füzuli Hüseynov deyib ki, daha pis xəstəliklərlə üzləşməmək üçün immun sistemini gücləndirmək lazımdır.
Onun sözlərinə görə, immun sistemi zəif olan şəxslər xəstəliyi daha ağır keçirmiş olurlar:

“Hər kəs gün ərzində açıq havada 30-60 dəqiqə gəzməlidir. Ətrafımızda neçə nəfər buna əməl edir?

Yaz-payız aylarında immuniteti gücləndirən məcunlardan istifadə etməyi tövsiyə edirəm. Bu, uşaqlara da, böyüklərə də şamil olunur”.

F.Hüseynov immun sistemini gücləndirmək üçün xüsusi resepti bölüşüb:

“Məcunun tərkibi və hazırlanma qaydası:

“Zəncəfil – 20 qram
Qara zirə – 20 qram
Sarıkök – 20 qram
Udhindi – 100 qram
Güldəfnə – 50 qram
Propolis – 50 qram
Çiçək tozu – 50 qram
Bal – 1 kq

Baldan başqa hamısı toz halında qarışdırılır, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl böyüklər 1 çay qaşığı, uşaqlar 0,5 çay qaşığı yeyir. Bu, immun sistemini yüksək səviyyədə saxlamaq üçün çox gözəl qarışımdır”.

Həkim öskürək zamanı istifadə edilən qarışımı da bölüşüb:

“Kəklikotu – 50 qram
Zəncəfil – 50 qram
Cökə – 100 qram
Məkkəgülü – 50 qram

Bunlar qarışdırılır, həmin qarışıqdan 3 xörək qaşığı 5 stəkan suda dəmləndikdən sonra gün ərzində içilir. Bundan başqa, yaxşı olar ki, xəstəliyin ağır vaxtlarında çayı zoğal mürəbbəsi ilə içsinlər”.скачать dle 12.1