Bia.Az

Əli Həsənov haqqında qəzəl - Şeytana lənət!

Cəmiyyət
 17-09-2020, 23:59     438

Düşdü basabas – sən də daşa bas! – Həftənin qisası

Şeytana lənət!

Tavanın ortasından asılıb torbada Əli.
Əli də torbadadır, ayaqları və bədəni.
¨
Əlinə daş götürüb, cuşa gəlib bu camaat.
Düşünür, sona çatıb Əlinin oynatması at.
¨
Sona çatıb gördü ki, torbadadır yazıq əri.
Başı olub aybaşı, qan axıdır; əsir əli.
¨
Daşa basmaq şeytanı müslimançın ülvi cəza.
Karantindədir Məkkə. Bu cəzaya düşüb qəza.
¨
Deyil şeytan mücərrəd – soyadı konkret, ad bəlli.
Rüşvətdən, oğurluqdan yapışmışdı ikiəlli.
¨
Nə əlli?! Yaşı altmış, oğurluqla var toplamış.
Mirzələrin puluna çox hündür bina ucaltmış.
¨
İrəli gəldi qolu sarıqlı bəstəboy kişi.
Dedi: “Olmayın zülmkar – tökülüb göz, düşüb dişi…”.
¨
Əlini salıb aşağı, bundan sordular «Kimsən?
Belə halda səni nə gətirib ki, bu divana?».
¨
– Özgənin qisasını o nanəcib məndən alıb,
Mənə düşən mənzili başqasına pula satıb.
¨
– Elə isə, sən onu niyə daşdan etdin xilas?
– Çünki qolum ağrıyır. Qoyun, təpik vurum bir az!
Haqq şairi:

A.ƏZİZ
BİA.az 
скачать dle 12.1