Bia.Az

Tələbələr BDU rektorundan NARAZILIQ ETDİ - "Mən belə qanun tanımıram"

Cəmiyyət
 17-09-2020, 23:27     795

"Hörmətli redaksiya bütün Azərbaycan Universitetləri Tələbələri adından redaksiyamızı salamlayırıq. Bütün təqaüdü qazanıb ala bilməyən tələbələr adından yazaraq Sizdən xahiş edirik ki, əgər bu problemimizi oxusanız onu dərc edib bizə kömək edin". Bu barədə DİA.AZ-a Bakı Dövlət Universiteti tələbələri adından edilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "03.03.2020-ci il tarixdən demək olar ki, Azərbaycan Təhsil sistemində təhsil dayandırıldı (COVİD-19 pandemiyası ilə əlaqədar). Demək olar ki, bu səbəbdən ən çox əziyyət çəkən biz tələbələr olduq. Lakin sağ olsun ki, Nazirlər Kabinetimiz üzümüzü güldürəcək bir qanun qəbul etdi (19.05.2020-ci il tarix “Tələbələrin təqaüd alması haqqında”) Qanunu olduğu kimi redaksiyaya təqdim edirik.Bu qanundan cox ruhlandıq.Hamı bir nəfər kimi distant təhsillə öz təhsilini davam etdirdi.

Qanunda deyildiyi kimi fənlər üzrə göstəriciləri

-91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü;

– fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü.;

– fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə “adi” təqaüd.

Lakin buna baxmayaraq Bakı Dövlət Universitetinin (BDU) rektoru, "Mən belə qanun tanımıram" deyərək,71-100 bal arası toplayan tələbələrin heç birinə təqaüd vermədi.Bundan təsirlənən tələbələr Distant təhsilin ləğv edilərək Təhsil ocaqlarında təhsilimizin davam etdirilməsini istəyirik. Əgər bir ölkədə Nazirlər Kabinetinin qərarı tanınmırsa və bu məsələ ilə əlaqədar 100-lə tələbə sarsılıb əsəb xəstəsi oldusa onda hansı pandemiya qanunlarından danışmaq olar".


İddia olunanlarla bağlı DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

BİA.az
скачать dle 12.1