Bia.Az

Paytaxt Bakıda abad məhəllələrdə Novruz şənliyi - FOTO

Cəmiyyət
 18-03-2024, 17:34     197

Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz
geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında
bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bayram günlərindəki
şənliklər öz kütləviliyi ilə seçilib.

Bu gün Novruz bayramı paytaxtın Nizami, Xətai və Binəqədi
rayonlarında yerləşən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim
həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib. Son illərdə
paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin
istifadəsinə verilib.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazılər
Bayrami yüksək sevinc hissi ilə qeyd edib və rəqs ediblər. Bayramda
müğənnilər müxtəlif mahnılar səsləndirib, Novruzun əsas personajları olan
Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının
ətrafında sakinlərlə birgə rəqs ediblər.

Qeyd edək ki, Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı
bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-
havası yaradılıb.

dia-az.info

Paytaxt Bakıda abad məhəllələrdə Novruz şənliyi

скачать dle 12.1