“Növbəti Stansiya Gənclik regionlarda” layihəsi başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Növbəti Stansiya Gənclik regionlarda” layihəsi başa çatıb.
Layihənin əsas məqsədi gənclərin bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artmasına töhfə vermək olub.
“Komanda işi və liderlik”, “Komanda quruculuğu”, “Karyera planlaması”, “Xaricdə təhsil imkanları”, “Natiqlik”, “Zamanın idarə olunması” və digər mövzular olmaqla ümumilikdə 6 istiqamətdə - Naftalan, Goranboy, Göygöl, Neftçala, Cəlilabad, Salyan regionlarında təlim sessiyası keçirilib və layihə ümumilikdə 600 gənci əhatə edib . Həmçinin, gənclərlə keçirilən görüşlər zamanı müxtəlif komanda oyunları və qrup işləri keçirilib.
Diqqətə çatdırılıb ki, layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər.