Bia.Az

Son dəqiqə!!! Nəsimi rayonu 5-ci mikrorayon, Cavadxan kücəsi 17-də NƏ BAŞ VERİR... - Video/foto

Cəmiyyət
 14-03-2024, 14:53     576



Bakının Nəsimi rayonu 5-ci mikrorayon, Cavadxan kücəsi 17-də yerləşən binanin altinda müvafiq icazəverici sənədlər olmadan, Fövqəladə Hallar Nazirliyinin icazə vermədiyi obyektdə tikinti işləri bitmək üzrədir. Əməkdaşımız tikinti işlərinə rəhbərlik edən Müşviq adlı şəxslə telefon əlaqəsi saxlayıb. Müşviq müəllimin cavabı qısa olub: "Sonra əlaqə saxlayarıq, biz qaziyik."

Belə tələmtələsik, gecə-gündüz qanunsuz tikilini ərəsəyə gətirən Müşviq müəllim barədə kicik araşdırma apardıq. Nəsimi rayon icra hakimiyyətində yalnız bir nəfər Müşviq işləyir, o da Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Kərimli Müşviq Bəhram oğludur.

Əməkdaşımız Fövqəladə Hallar Nazirliyinin müvafiq qrumu ilə araşdırma aparır. Oxuculara məlumat veriləcəkdir.


BİA.az





скачать dle 12.1